İR üzrə Kiçik Biznes Tərəfdaş

İşin təsviri

Üstünlüklərimiz:

  • Mehriban Komanda;
  • Rəqabətədavamlı Əmək Haqqı;
  • AR Əmək Qanunvericiliyinə uyğun Rəsmiləşmə;
  • Komfortlu Ofis Şəraiti;

İş barədə məlumat:

Resant Management and Consulting” namizədləri “İnsan Resursları üzrə Kiçik Biznes Tərəfdaşı” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • İnsan Resursları strategiyasını biznes strategiyasına uyğunlaşdırmaq üçün Restoran heyətlərinin rəhbərliyi ilə tərəfdaşlıq;
  • Daxili siyasət prosedurunun yazılması və tətbiqini həyata keçirmək üçün rəhbərliklə mütəmadi müzakirələr keçirmək;
  • İstedadların idarə edilməsi və inkişafı və eləcə də təşkilati dizayn üzrə konsultasiya təşkil etmək;
  • Komandalarda işgüzar tərəfdaşlar üçün hazırkı və gələcək dövr üçün tələb olunan kadr və peşəkar kadr ehtiyaclar barədə davamlı təhlil aparmaq və bu ehtiyacları ödəmək üçün strategiya hazırlamaq;
  • Komandalarda işçi münasibətləri, siyasətlərin tətbiqi, istedadların idarəedilməsi və inkişafı və digər təşkilatı məsələlərdə gündəlik olaraq dəstək göstərmək;
  • Namizədlərinin müraciətlərini əvvəlcədən nəzərdən keçirmək və vəzifəyə uyğun müvafiq təcrübənin, bilik və bacarığının olub olmamasını təyin etmək;
  • Bazarda rəqabət aparmaq üçün innovativ işə qəbul üsulları ilə əlaqəli məlumatlar toplamaq və müvafiq qaydada yenilikləri həyata keçirməklə Agile və digər komandaların istedadlara ehtiyaclarının qarşılanması;
  • Aylıq perfomans nəticələrini təyin edilməsi, qiymətləndirilməsi və digər strateji Hr proseslərin icrası.

Namizədə tələblər:

  • İnsan Resursları və ya əlaqəli biznes istiqaməti üzrə bakalavr (magistr dərəcəsi olanlara üstünlük verilir) dərəcəsi;
  • İstedadların cəlb edilməsi istiqamətində ən azı bir (1) il, HR istiqaməti üzrə 2 il iş təcrübəsi
  • Power point, Excel və Visiodan mükəmməl istifadə etmək bacarığı;

Əlavə şərtlər:

  • Əmək haqqı – Namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında təyin olunacaqdır.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İnsan Resursları üzrə Kiçik Biznes Tərəfdaş) qeyd etməklə göndərmələri xahiş olunur.