Daxili təchizat üzrə mütəxəssis

İşin təsviri

Ümumi tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 ilədək iş təcrübəsi;
  • Azərbaycan dili səlis, Rus və İngilis dili bilikləri;
  • Microsoft Office və 1C proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Əczaçılıq üzrə biliklər;

Vəzifə öhdəlikləri:

  • Hər gün anbar qalığının yoxlanılması;
  • Azalmaqda olan dərman preparatlarının, tibbi ləvazimatların və kosmetik vasitələrin sifarişlərinin təşkili və təmin edilməsi;
  • Mal qəbulunda verilən sifarişlərin yoxlanılması;
  • Sayı az olan və çətin tapılan malların (dərman preparatlarının, tibbi ləvazimatların və kosmetik vasitələrin) axtarışı;
  • Departament üzrə nəzərdə tutulan hesabat formalarının hazırlanması və  müvafiq hesablamaların aparılması;
  • Tələb olunan vaxtda firmalara satış və qalıqlar barədə hesabatların təqdim olunması;
  • Əməkdaşlıq edilən firmalardan sertifikatların və müqavilələrin tələb edilməsi, qarşılıqlı əməkdaşlığın təmin edilməsi;
  • Anbarda olan məhsulların qeydiyyatına nəzarət olunması;
  • Satışları nəzərə alaraq sifarişlərin düzgün proqnozunun verilməsi;
  • Əməkdaşlıq edilən firmalardan sertifikatların və müqavilələrin tələb edilməsi, qarşılıqlı əməkdaşlığın təmin edilməsi;
  • Anbarda olan məhsulların qeydiyyatına nəzarət olunması;
  • Malların satınlınması ilə əlaqədar işlərin müvafiq ardıcıllıqla icrasının təmin edilməsi;
  • Daha münasib qiymətli və sərfəli əməkdaşlıqlar üçün  alternativ yolların axtarılması.

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi

Zeytun Pharmaceuticals tərəfindən digər vakansiyalar