Baş satış məsləhətçisi

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 11.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

Music Gallery şirkəti 1993-cü ildə Azərbaycanda yaradılan ilk məişət və elektronika texnikası üzrə mağazalar şəbəkəsidir. Şirkətin məqsədi Bakıda və Azərbaycanda elektronika və məişət texnikası, peşəkar səs və musiqi alətləri aparıcı milli mağazalar şəbəkəsi kimi uğur və tanınmağa nail olmaqdır. Hal-hazırda mağazalar şəbəkəsinin Bakı şəhərində 7 filialı yerləşir.

Baş satış məsləhətçisi nə iş görür?

  • Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
  • Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
  • Müştərilərə xidmət, onlara malların xarakteristikası üzrə müştərilərə xidmət qaydalarına uyğun şəkildə məlumat vermək;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Qoyulmuş satış hədəflərinə çatmaq;
  • Mağaza müdirinin sərəncamı ilə inventarizasiyanın keçirilməsində iştirak etmək;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
  • Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək.

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali və ya orta təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi arzuolunandır;
  • Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
  • Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı;
  • Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı.

Əlavə məlumat: 6 günlük iş qrafiki

İşəgötürənin reytinqi