Mühəndis layihəçi (inşaat)

  • PAY Group
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə barədə məlumat:

  • Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq və giriş qapıları, qapı dəstəklərinin quraşdırılmasından ibarət olacaq; 
  • Qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək;
  • Hazır layihələr əsasında qapı yerləri, qapı sayı və onların ölçüləri haqqında excel cədvəl tərtib etmək;
  • AutoCad proqramında çertyojlar üzərində iş aparmaq, detallarda dəyişiklik və ya əlavələr etmək;
  • Layihələrdə təqdim edilən qapı növlərini müəyyən edib onların say və ölçülərini fabrikə sifariş vermək;
  • Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
  • Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
  • Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində layihənin gedişi ilə bağlı müştəri və ya maraqlı tərəfə bərabər səviyyədə məlumat vermək; 
  • İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;
  • Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək;  
  • Bir-birinə bağlı olan layihələr arasında fəaliyyətin optimallaşdırılması, risklərin və məsələlərin müəyyənləşdirilməsi, təsirlərin azaldılması üçün həllər hazırlamaq;
  • Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq göstərilmək;
  • Layihə prosesləri zamanı yaranmış problemlərin və risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik planlarının hazırlanması;
  • Layihə büdcələrinin tərtib edilməsi və aylıq fərq hesabatlarının hazırlanması;
  • Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;  

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür) 
  • İstiqamət üzrə 2 ildən yuxarı iş təcrübəsi (Memarlıq, mühəndislik sahəsində iş təcrübəsi üstünlükdür);
  • Çertyojları oxumaq və başa düşmək bacarığı
  • Yüksək səviyyədə Azərbaycan və və rus dili biliyi, ingilis dili üstünlükdür;
  • Auto Cad, Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;
  • Effektiv şifahi və yazılı kommunikasiya bacarığı;
  • Qapı növləri, materialları və quraşdırılması sahəsində təcrübə üstünlükdür.
  • İşin xarakteristikasına uyğun olaraq, xanım namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.
  • Şənbə və bazar qeyri iş günləridir.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığa uyğun olaraq razılaşdırılacaq. 
  • İşin xarakterinə əsasən xanım namizədlərə üstünlük veriləcək.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi mail ünvanına göndərə bilərsiniz. 

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.