İşin təsviri
Satınalma menecerinin vəzifə bilikləri aşağıdaki kimi olmalıdır:
- Müəssisənin satınalma prosedurları;
- Ölkə qanunvericiliyinin satınalma prosedurları;
- Tender keçirilmə və hazırlanma prosedurları;
- Tender sənədlərinin oxuma qaydaları;
- Tabeçiliyində olan işçilərin vəzifə öhdəlikləri;
- Malın alma, çatdırılma və təhvil vermə qaydaları;
- Rəsmi yazışma qaydaları;
- Logistika, anbar və gömrük iş qaydaları;
- Material özəlliklərinin analiz etmə qabiliyyəti;
- Qiymət tələb qaydaları;
- Analitik daxili və xarici bazar araşdırma qabiliyyəti;
- Material təminatının əsas qaydaları;
- Satıcı və sifarişçi ilə ünsiyyət qaydaları;
- Müqavilə tərtib etmə qaydaları;
- Sənəd və hesabat qaydaları üzrə biliklər;
- 1C biliyi;
- MS Office proqramlarının bilikləri;
- Yüksək səviyyədə dil bilikləri (3 və daha çox);
Satınalma menecerinin vəzifə öhdəlikləri aşağıdaki kimi olmalıdır:
- Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
- Planda müəyyən edilmiş satınalma məqsədlərinə nail olmaq üçün kommersiya strategiyası müəyyən etmək və təsdiq etmək, texniki tələblərə riayət etmək;
- Prosedurlar, normalar və təlimatlara uyğun olaraq satınalma prosesi üçün risk qiymətləndirməsi aparmaq;
- Texniki tələblərə uyğun olaraq satınalmaçıların və ya xidmət təminatçılarının təkliflərini qiymətləndirmək üçün proses və meyarlar müəyyən etmək;
- Prosedurlara uyğun olaraq satınalma prosesini və müqavilə razılaşmalarını idarə etmək üçün satınalma planı hazırlamaq;
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə satınalmaçıları müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
- Potensial təchizatçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
- Satınalma fəaliyyətinə və təşkilatın prosedurlarına uyğun olaraq təkliflər etmək, satınalma metodunu seçmək;
- Podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməyənə qədər işə başlamamaq;
- Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
- Lazım olduğu təqdirdə satınalma funksiyasını yerinə yetirmək;
- Ehtiyat miqdarlarının ehtiyaca cavab verdiyini müəyyən etmək və lazım olduğu təqdirdə əlavə materiallar sifariş vermək;
- Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
- Satınalma faylları, hesabatlar və qiymət siyahılarını hazırlamaq, yeniləmək və təhlil etmək;
- Müqavilələrin və sifarişlərin statusunu izləmək;
- Çatdırılma qrafikini müəyyən etmək və sürətləndirmək, malların çatışmaması, itməsi, gec çatdırılması digər problemləri həll etmək üçün satıcılarla əlaqə saxlamaq;
- Mal və ya xidmətlərin satınalma tələblərinə və arzu edilən nəticələrə uyğun gəlməsini təmin etmək üçün keyfiyyətə təminat prosesini həyata keçirmək;
- Audit yoxlamasını təmin etmək, şirkətin tələblərinə uyğun olaraq uçot aparmaq, hesabat tələblərinə cavab vermək;
- Sifarişin dəyərini hesablamaq;
- Ödəniş üçün qəbzləri təsdiq etmək;
- Satınalma prosesinin məqsədlərindən kənarlaşmaları və ya nöqsanları müəyyən etmək, təşkilatın tələblərinə uyğun olaraq operativ şəkildə təkmilləşdirmə tədbirləri görmək;
- Hesabatı tabe olduğu şəxsə təqdim etmək.
Satınalma meneceri aşağıdaki hallarda məhsuliyyət daşıyır:
- Vəzifə öhdəlikləri düzgün və vaxtında yerinə yetirmədiyi halda;
- Qoyulan qaydalara və prosedurlara riayət etmədiyi halda;
- Təqdim olunan məlumat və hesabat düzgün təqdim olunmadığı halda;
- Nizam intizam qaydalarına riayyət etmədiyi halda;
- Rəhbərliyin verildiyi tapşırıqları yerinə yetirmədiyi halda.