İşin təsviri
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunlarının Agentliyin maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna tətbiqində iştirak edir;
- Debitor və kreditorlarla aparılmış alqı-satqı əməliyyatlarının və ödənişlərin uçotunu aparır;
- İcra etdiyi vəzifələrə uyğun olaraq metodoloji sənədlərin hazırlanmasını həyata keçirir;
- Agentliyin mülkiyyətindəki (balansındakı) əmlakın, mal-materialların və QMA-ların uçotunun düzgünlüyünü təmin edir;
- Agentliyin mülkiyyətində (balansında) olan malların inventarizasiyasının aparılmasını təmin edir;
- Agentliyin işçilərinə əmək haqqının, mükafat, ezamiyyə, digər ödənişlərin verilməsini təmin edir və bu ödənişlərlə bağlı xərclərin hesablanmasını və qanunvericiliklə müəyyən edilmiş tutulmaları həyata keçirir;
- Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyinin qorunmasını təmin edir;
- Ciddi hesabat blankları üzrə hesabatı tərtib edir və aidiyyəti qurumlara təqdim edir;
- Vergi və digər dövlət orqanlarına hesabatları təqdim edir;
- Tapşırıqların gedişatı və nəticələri barədə rəhbərini və aidiyyəti şəxsləri vaxtında məlumatlandırır;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
- Maliyyə, iqtisadiyyat, mühasibat ixtisasları üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzu olunandı)
- Maliyyə və mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- Yaş həddi 25-40 aralığı;
- Yüksək korporativ ünsiyyət bacarığı
- Yüksək səviyyədə Excel bilikləri
- 1C ilə iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri arzuolunandır
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Maliyyə şöbə – Mütəxəssis) qeyd etməniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarix: 31 mart 2024-cü il