Sosial media mütəxəssisi (Pərakəndə sahəsi)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 04.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə tələblər:

  • Ali təhsilli: (Marketinq və iqtisadiyyat yönümlü); 
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) – əla;
  • Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili- üstünlükdür;
  • SMM sahəsində 1 il iş təcrübəsi;
  • Təqdimat hazırlama və təqdim etmə bacarığı;
  • Sosial media reklamları və analiz alətlərini bilməli.

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik;
  • Yüksək kommunikasiya;
  • Nəticə yönümlülük;
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək;
  • Yaradıcı və innovativ yanaşmalara açıq.

Vəzifə öhdəlikləri: 

  • Şirkət hədəfləri istiqamətində digital marketing strategiyasının inkişaf etdirilməsi;
  • Sosial şəbəklər üçün aylıq post planının hazırlanması;
  • Mövzuya uyğun olaraq cəlbedici kontentin hazırlanması və sosial media hesablarına yerləşdirilməsi;
  • Digital platformalarda hədəf kütlələrinə uyğun reklam modulunun qurulması, təqibi və aylıq hesabatın hazırlanması;
  • Rəqiblərin sosial media hesablarının izlənilməsi, analizi;
  • Digital yönümlü agentliklərin araşdırılması, briflərin verilməsi, gələn təkliflərin toplanıb dəyərləndirilməsi üçün rəhbərliyə təqdim edilməsi;
  • Ehtiyac olarsa sosial şəbəkə hesablarına gələn mesajlara, rəylərə cavab verilməsi;
  • Sosial media fenomenlərinin araşdırılması, əməkdaşlığın qurulması, təqibi və hesabatın hazırlanması.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş yeri: Bakı şəhəri.

 

İşəgötürənin reytinqi