Problemli Kredit üzrə Mütəxəssis

İşin təsviri

Namizədə dair tələblər:

  • Yaş : 24 -45
  • Cinsi -Kişi
  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə Ali təhsilin olması;
  • Bankda və ya BOKT-da Kredit sahəsində minimum 1 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
  • Problemli kreditlərlə işləmə bacarığı

İşin təsviri:

  • Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət etmək;
  • Bankın mövcüd kredit portfeli üzrə mütəmadi təhlillər aparmaq, kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə etmək;
  • Kreditlərin problemli kreditə çevrilmə təhlükəsini öncədən müəyyən etmək və bu təhlükənin aradan qaldırılması istiqamətində müvafiq tədbirləri həyata keçirmək;
  • Borcalanların kredit ödənişlərinə nəzarət etməklə, onların ödəniş intizamını müəyyən etmək;
  • Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin tam və vaxtında aparılmasına nəzarət etmək;
  • Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;
  • Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
  • Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və  likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq.
  • Müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi:
  • Müştərilərlə əlaqə yaratmaq, suallarını cavablandırmaq, gecikmə ilə bağlı yaranan problemləri araşdırmaq və gecikmədə olan kredit ödənişlərinin yığılması
  • 5günlük iş qrafiki 
  • İş saatı 09:00-18:00 dək
  • AR Əmək məcəlləsinə uyğun sənədləşmə
  • Əmək haqqı – 500 - 700 AZN.