İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 04.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
  • AR qanunvericiliyin tələblərinə əsasən məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Əmək müqavilələri, onlara əlavə və dəyişikliklərin edilməsi və onların müvafiq qaydada elektron hökümət portalında işlənməsi;
  • Əmək müqaviləsinin xitam verilməsinin rəsmiləşdirilməsi və müvafiq qaydada elektron hökümət portalında işlənməsi;
  • İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
  • Əmək intizamının monitorinqini həyata keçirmək, Bankın buraxılış nəzarət sistemi vasitəsilə alınan hesabatların araşdırılmasını və gecikmə halları ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Aylıq avans və əmək haqqı tabel uçotunu aparılması;
  • Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişikliklərin edilməsi;
  • İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə Bankın əməkdaşlarının fərdi iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması üçün sənədlərin hazırlamaq;
  • İşçilərin icbari tibbi müayinəsi, icbari və könüllü sığortası, sosial sığorta hadisələrinin baş verməsi zamanı müavinətlərin təyin edilməsi üzrə müvafiq sənədləşmə işlərini icra etmək.

Tələblər:

  • Ali magistr təhsili;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Sosial sığorta, sosial təminat qanunvericiliyini bilməli və miqrasiya qanunvericilyinin əsaslarını bilmək;
  • Əmək qanunvericiliyini mükəmməl bilməli 
  • Bu sahədə 3 (üç) ildən artıq təçrübə;
  • Əmək qanunvericiliyini bilmək;
  • Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi;
  • Kompüter bilikləri;
  • Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, komandada işləmək bacarığı;
  • Stressə davamlılıq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İşəgötürənin reytinqi