Hüquqşünas köməkçisi

İşin təsviri

İş rejimi: 5 günlük (bazar ertəsi-cümə günü)

İş vaxtı: 09:00-dan 18:00-dək

İstirahət günləri: şənbə və bazar 

Əmək haqqı: 500 manat 

Vəzifə öhdəlikləri:

  • Şirkətlərlə bağlı hüquqi sənədlərin hazırlanması;
  • Hüquqi şəxsin qeydiyyata alınması prosedurunun aparılması;
  • Dövlət orqanlarına sənədlərin təqdim edilməsi, təhvil alınması;
  • Beynəlxalq müqavilələri hazırlamaq, müştəriyə risklərlə bağlı məlumat vermək, müştərilərin kontagent şirkətləri ilə danışıqları aparmaq və pretenziya məktublarını yazmaq;
  • İnzibati və Mülki məsələlər ilə bağlı Şirkətin və Müştəri şirkətlərin müvafiq icra hakimiyyəti orqanlarında və məhkəmələrdə təmsil etmək və maraqlarını qorumaq;
  • və s.

Namizədə tələblər:

  • Beynəlxalq hüquq və hüquq ixtisasları üzrə ali təhsil
  • 26-30 yaş
  • Minimal iş təcrübəsi: Hüquq sahəsi üzrə 5-6 ay 
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti
  • Rus dili və İngilis dili biliyinin olması üstünlükdü

Maraqlananlar CV-lərini elektron ünvanına 03.04.2024-cü il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Hüquqşünas köməkçisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.