Məlumatların emalı və hesabatlıq şöbəsində Aparıcı/Baş mütəxəssis

  • Premium Bank
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • PL/TMM üzrə Azərbaycan Respublikasının Qanunu üzrə tələblərə Bank tərəfindən riayət olunmasının təmin edilməsi;
  • Yerli və xarici müxbir banklardan, partnyorlardan daxil olan sorğuların müvafiq olaraq cavablandırılması;
  • Qanunvericiliyin tələbinə müvafiq olaraq haqqında icbari hesabatların verilməsi tələb olunan əməliyyatları müəyyən edərək Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi;
  • Bankın müxbir hesablarının açılması üçün tələb olunan komplayens sorğu və sənədlərinin doldurulması və toplanılması işinin təmin edilməsi;
  • Yeni müştərilərin qəbulu zamanı onların müvafiq siyahılar ilə üzləşdirilməsi prosesinə (skrininq) nəzarət;
  • Bankdan xaricə köçürülən və xaricdən daxil olan pul vəsaitlərinə komplayens baxımından nəzarət edilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • TonBeller Siron (Embagro, KYC, AML) proqramından istififadə bacarığı arzuolunandır;
  • PL/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
  • Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
  • Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək
  • İstirahət günləri: şənbə və bazar günləri

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 01.03.2022 tarixinədək göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Komplayens departamentinin Məlumatların emalı və hesabatlıq şöbəsinin Aparıcı / Baş mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.