Korporativ satış mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazarın müştəriləri ilə ilk kontaktdan etibarən malın satışını, təhvilini, üzləşdirməni həyata keçirmək
  • İstehsal olunan malların stoka və ya satışa gedəcəyini dəqiqləşdirərək anbarda müəyyən edilən yerlərdə saxlanmasına nəzarət etmək
  • Təyin olunan miqdarlara əsasən stokda malların sayına nəzarət etmək, azaldıqda isə sifariş etmək
  • Satılan maların müştərilərə çatdırılmasını koordinasiya etmək
  • Təhvil verilən malların təhvil-təslim aktları ilə arxivləşdirilməsi
  • Gündəlik görülən işlərlə bağlı kompüterdə hər günü ayrı qovluq olmaqla arxivləmək
  • Anbarın səliqəsinə nəzarət etmək
  • Sayt üzərindən gələn mesajları cavablamaq
  • Info, sales e-maillərinə gələn sorğuların hazırlanmasına nəzarət və qiymət təklifi verilməsi
  • İnstagram və social şəbəkədən gələn mesajların cavablanması
  • Rəsmi sifarişlərdə sorğu təsdiqləndikdən sonra mal stokda olarsa bir başa satışa, yoxdursa İstehsal rəhbərinə sorğu keçmək
  • Satışlarda əldə olan mal yoxdursa başqa şirkətlərdən və ya digər əlaqələrdən istifadə edərək malı tapmaq və müştəriyə çatdırılmasını koordinasiya etmək
  • Müvafiq bazar müştərilərinin və B2B müştəri borclarının yığılmasına nəzarət etmək
  • Ofis daxili dəftərxana ləvazimatların bitməməsinə nəzarət etmək və azaldqıda sifaris etmək və alışını həyata keçirmək
  • Malı təhvil verməzdən əvvəl mühasibatlıqla ödənişin olunduğunu dəqiqləşdirmək
  • Müştərilərlə yaranmış problemlərin araşdırılması və həllinə çalışmaq

Təhsil tələbləri:

  • Bakalavr

Staja dair tələb:

  • Ən azı 1 il

İxtisas səriştələri:

  • Effektiv ünsiyyət
  • Satış bilikləri
  • Təqdimetmə 
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office
  • Outlook
  • 1 C

Dil bilikləri:

  • Azərbaycan və Rus dili üstün səviyyədə olmalı. İngilis dili isə arzuolunandir.

İş şərtləri: 

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: fiks 650 AZN + bonus
  • İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir.
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.