Elektrik-Elektronçu (Kürdəmir)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 29.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali texniki təhsilli olmalı;
  • Sahə üzrə 1-3 il iş təcrübəsi olmalı;
  • Afimilk sürü idarəetmə proqramını və sağımxana sistemini bilməli;
  • Havalandırma (ventilyasiya sistemi) fanlarının iş prinsipini bilməli;
  • CIP və sağımda istifadə olunan təmizləyici maddələri tanımalı, istifadə norma və qaydalarını bilməli.
  • Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı;

Vəzifə Öhdəlikləri:

  • Fermada istifadə olunan bütün avadanlıqların sazlığına nəzarət etmək;
  • Afimilk sistemə aid olan bütün qurğu və avadanlıqların təmir baxım planını həyata keçirmək;
  • Sağımxana sisteminə aid olan bütün avadanlıqların saz vəziyyətdə qalmasını təmin etmək, stok durumunu nəzarətdə saxlamaq;
  • Süd depolama, süd çatdırılma prosesini norma daxilində həyata keçirmək;
  • Sağımxana avadanlıqlarının quraşdırılmasını, periodik yoxlanışını, təmirini həyata keçirmək;
  • Soyutma sistemlərini daim nəzarətdə saxlamaq, vaxtlı-vaxtında təmir etmək;
  • Ferma pərdələmə sistemini nəzarətdə saxlamaq, gübrə daşıma (skreyper) prosesini izləmək.

İş qrafiki:  həftə içi 5 gün

İş yeri:  Kürdəmir r-u

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Elektrik-Elektronçu” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi