Kadrlar üzrə mütəxəssis / Ofis meneceri

İşin təsviri

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Minimum 1 il ofis meneceri vəzifəsində iş təcrübəsi olmalı;
  • Ofis proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilməli;
  • İngilis və rus dili bilməsinə üstünlük verilir;
  • İnsanlarla xoş ünsiyyət yarada bilmək qabiliyyəti, kollektiv üzvləri ilə yaxşı münasibət qura bilmək qabiliyyəti olan xanım namizəd tələb olunur;
  • İşində dəqiq, məsuliyyətli, işgüzar olmalı;
  • 23-30 yaş həddində xanım olmalı;
  • Sumqayıt şəhərində yaşaması mütləqdir. Digər şəhərlərdə yaşayanlar müraciət etməsinlər.

İş haqqında məlumat:

  • Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
  • Sənədlərinin dövriyyəsinin təmin edilməsi;
  • Sənədlərin təyinatı üzrə arxivdə yerləşdirilməsi və cavabdehlərə göndərilməsi;
  • İşçilərin tabelinin gündəlik,həftəlik və aylıq aparılması;
  • Firma əməkdaşlarının korporativ nömrələrinin balans əməliyyatlarının həyata keçirilməsi;
  • Direktorun dəvət olunduğu tədbirlərin öncədən yazılıb poçta yerləşdirilməsi;
  • Nəzarətdə olan tapşırıqları hər günün sonunda direktora göndərilməsi;
  • Əmək müqavilələrinin və xidmət müqavilələrinin hazırlanması və xitam verilməsi;
  • Əmək müqavilələrinin ƏMAS sistemində yerləşdirilməsi;
  • Məktubların, emaillərin yazılması və göndərilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İşçi üçün yaradılan şərait:

  • İş saatı 09:00-18:00;
  • Nahar firma hesabına verilir;
  • İstirahət günü -  Şənbə və Bazar günləri;
  • İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir.

 

İlkin əmək haqqı: 800 AZN (Vergilər çıxıldıqdan sonra)

İş yeri: Sumqayıt şəhəri

CV-nizi mövzu yerində “Ofis meneceri” qeyd etməklə email ünvanına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: Fidan Aşumova

Telefon: +994 50 283 00 69