Geoloq

  • GeoProbe
  • Elanın qoyulma tarixi: 28.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələri və məsuliyyəti:

  • Mühəndisi geoloji tədqiqat işləri üzrə materialların ümumiləşdirilməsində, işlər aparılan rayonun geoloji quruluşunu dəqiqləşdirmək məqsədilə tədqiqatların nəticələrinin işlənməsində iştirak etmək;
  • Quyularda və sahədə sınaqların aparılmasını təşkil etmək və onlara nəzarət etmək;
  • İşə başlamazdan əvvəl quyuların yerini  dəqiqləşdirmək. 
  • Görülən işlərdə iştirak etmək, müvafiq sənədləşməni aparmaq;
  • Sifarişdə nəzərdə tutlan iş həciminin yerinə yetirilməsinə nəzarət etmək.
  • Kern nümunəsinin götürülməsini təşkil etmək, qablaşdırmaq və təhlükəsiz nəqlini təşkil etmək
  • Çətinliklərin mümkün variantının proqnozunu vermək;
  • Qazma prosesində götürülmüş kern və şlamı təsvir etmək;
  • Qoruyucu kəmərlərin enmə dərinliyinə nəzarət etmək;
  • Quyular üzrə geoloji sənədlərin hazırlanması və şirkətə təhvil verilməsində iştirak etmək;
  • Mühəndisi geoloji hesabatların tərtibatında iştirak etmək.
  • Qazma prosesində geoloji çətinləşmələrin xarakterini və səbəblərini aşkar etmək və onların aradan qaldırılması üçün tədbirlərin işlənməsində iştirak etmək;
  • Quyular üzrə geoloji tədqiqatlarn aparılmasını təşkil etmək və onlara nəzarət etmək;
  • Şirkət tərəfindən ona həvalə edilən nəqliyyat vasitəsinin və geoloji-geofiziki cihaz və avadanlıqların istifadəsində məsuliiyyət daşıyır
  • Rəhbərliyin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işləri yerinə yetirmək;
  • Şirkətdə İSO 9001:2015 Keyfiyyətli İdarəetmə Sistemini, 14001:2015 Ətraf Mühitin İdarəedilməsi Sistemini və 45001:2018 Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sisteminin təmin edilməsi üçün tədbirlər görmək;
  • Uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Sənədləşdirilmiş informasiyanın işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Qanunvericiliyin tələblərinə zidd olmayan digər tapşırıqları yerinə yetirmək;
  • Vəzifələrin və öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımaq.

Əsas öhdəlikləri:

  • Rəhbərliyin onun qarşısında qoyduğu məsələlərin, bu vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifə və funskiyaların vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Kollektivdə sağlam işgüzar mühit yaratmaq;
  • İdarəetmə sistemlərinin effektivliyi üçün tədbirlər görmək;
  • İdarəetmə sistemlərinin davamlı təkmilləşdirilməsi üçün təkliflər vermək və tədbirlər görmək;
  • Əmək və nizam-intizam qaydalarına, əməyin, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin, ətraf mühitin müahfizəsi norma və qaydalarına riayət etmək;
  • bu təlimatla nəzərdə tutulan digər funskiyaların yerinə yetrilməsinə görə məsuliyyət daşıyır.

Səlahiyyətləri:

  • Normal iş şəraiti ilə təmin olunmaq;
  • Vəzifə təlimatlarının işlənməsində iştirak etmək;
  • Fəaliyyətini iş planına və bu vəzifə təlimatına uyğun təşkil etmək; 
  • Öz funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görmək;
  • Onun fəaliyyətinə aid qərar layihələri ilə tanış olmaq;
  • Bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş öhdəliklərlə bağlı işlərin təkminləşdirilməsi üzrə təkliflər vermək;
  • Bu təlimatla nəzərdə tutulan vəzifə və funksiyaların yerinə yetirilməsi üçün digər hüquqlar. 

Təhsil səviyyəsi: Ali geoloji təhsil
Təcrübə sahəsi və müddəti: Geoloq vəzifələrdə ən azı 2 il iş stajı
Dillər: Azərbaycan dili əla səviyyədə, ingilis və rus dillərində texniki oxu və yazı bacarığı.
Kompüter: Ofis proqramları.
Yaş həddi – 20-35 yaş

Şəxsi xüsusiyyətlər:

  • Vətəndaş qüsursuzluğuna malik olması;
  • Danışıq qabiliyyətli, səmərəli ünsiyyətcil və obyektiv;
  • Keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
  • Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
  • Dinamiklik və stressə davamlılıq.

Əlavə bilik və bacarıqları:

  • Geologiya xidmətinin fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər materialları; 
  • Mühəndisi-geoloji iş aparılan sahə və yatağın geologiyasını;
  • Quyuların qazılma üsullarını və quyularda tədqiqat növlərini;
  • Geoloji hesabatların tərtib olunması və onların müvafiq instansiyalara təqdim olunma qaydalarını;
  • Sənədlərin və başqa geoloji materialların qeydə alınması və saxlanması qaydalarını;
  • Ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi;
  • Mühəhdisi - geoloji tədqiqatların aparılması metodikası;  
  • Qazma avadanlıqları, mexanizm və qurğuların, alətlərinin texniki xarakteristikalarını və onların istismar qaydalarını;
  • Geoloji və qazma işlərinin texnologiyasını; 
  • Quyuların qazılması zamanı sərf olunan enerji və materialların, texniki vasitələrin qiymətlərini;
  • Əmək qanunvericiliyinin əsaslarını; 
  • Ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyiMüəssisənin strukturunu, onun perspektiv inkişafını; 
  • Müəssisədə tətbiq olunan İSO standartlarının tələblərini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və ətraf mühitin mühafizəsi, habelə yanğından mühafizənin norma və qaydalarını;
  • Komandada işləmək, təşəbbüskarlıq və komanda ruhunu yaratmaq bacarığı.

CV-ləri e-mail ünvanına göndərin.

GeoProbe tərəfindən digər vakansiyalar