Satış təmsilçisi (HORECA bölməsi)

İşin təsviri

Sil-sil markamız üçün gənc, dinamik, satış etmə bacarığı olan və həvəsli namizədlər axtarırıq!

Namizədə dair tələblər:

  • Ali və ya Orta təhsil;
  • Satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi;
  • Şəxsi avtomobil 

İş barədə məlumat: 

  • Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
  • Təyinat məntəqələrinə vaxtında nəzarət edilməsi;
  • Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi;
  • Müştəri borc limitlərinin nəzarətdə saxlanılması;
  • Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;
  • Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması;
  • Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi.

İş qrafiki:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş qrafiki(09:00 – 18:00);
  • Əmək haqqı: fix+aylıq satışa əsasən bonus sistemi tətbiq edilir;
  • Nahar ilə təmin edilmə;

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini elektron poçtuna mövzu hissəsində “Satış təmsilçisi-HORECA” qeyd etməklə göndərmələri xahiş olunur.