İşin təsviri
                
                
                                
                İşin təsviri: 
	- Bütün mühasibatlıq əməliyyatları üzrə daxili və xarici,mal,iş və xidmətlərin alışı,satışı və silinməsi işlərinin aparılması
 
	- Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması, ödənilməsi  eyni zamanda DSMF və Statistika hesabatlarının aparılması
 
	- Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərinin hesablanması.Təmir xərclərinin qüsur-quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının aparılması
 
	- 1C proqramında sərbəst işləmək təcrübəsi (istehsal (xüsusilə) və satış və s, e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək)
 
	- ƏDV,ÖMV,Sadələşmiş,Torpaq,Əmlak vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyəti quruma göndərilməsi
 
	- Mənfəət və Gəlir vergisi bəyannamələrinin hazırlanması
 
	- Gəlir, xərc , balans hesablanması
 
	- Baş mühasibin tələb etdiyi operativ məlumat və hesabatların hazırlanması
 
Namizədə tələblər:
	- Müvafiq sahə üzrə təhsil
 
	- Mövcud sahədə ən az 3-5 il təcrübəsi
 
	- MS Office, xüsusilə Excel bilikləri
 
	- 1C proqramında sərbəst işləmə bacarığı (əla)
 
	- Məsuliyyətli, dəqiq və peşakar
 
	- Rus dili (arzuolunandır)
 
	- Cins : qadın
 
	- Analitik düşünmə qabiliyyəti
 
Şərtlər:
	- İş qrafiki həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək
 
	- İş yeri- Tbilisi prospekti
 
	- Əmək haqqı 1200 (başlanğıc)
 
	- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; 
 
CV-ləri mail ünvanına göndərməyiniz xahiş olunur.