Marketinq və Partnyor şəbəkəsinin idarə edilməsi şöbəsində Rəqəmsal marketinq mütəxəssisi

  • Premium Bank
  • Elanın qoyulma tarixi: 26.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri: 

  • Müvafiq məhsul və xidmətlər üçün (Facebook, Linkedin, Instagram, Youtube) rəqəmsal platformalarda Bankın reklam fəaliyyətinin təmin edilməsi; 
  • Hədəf KPI və ROI əldə etmək üçün Google Ads, Meta Ads-də reklam kampaniyalarının qurulması və optimallaşdırılması; 
  • Konversiyanın artırılması və müştərilərin saxlanması üçün retargetinq kampaniyalarının planlaşdırılması və qurulması; 
  • Rəqəmsal marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi; 
  • Marketinq məlumatlarını təhlil etmək üçün Google Tag Manager-də hadisələrin qurulması; 
  • Görünüşün və orqanik trafikin optimizasiyası üçün SEO strategiyalarının tətbiqi; 
  • Təbliğat fəaliyyətləri üçün vizual konsepsiyaların yaradılması; 
  • Rəqəmsal marketinq təqviminin idarə edilməsi; 
  • Bankın onlayn mövcudluğunu və nüfuzunu qorumaq; 
  • Rəqəmsal marketinq hesabatlarının yaradılması və yenilənməsi; 
  • Rəqiblərin rəqəmsal fəaliyyətlərinin araşdırılması və analizlərinin aparılması; 
  • E-mail marketinqi kampaniyalarının yaradılması və analiz edilməsi; 
  • Rəqəmsal marketinq büdcəsinə nəzarət etmək. 

Namizədə dair tələblər: 

  • Marketinq və ya oxşar sahədə ali təhsil; 
  • DMI sertifikatının olması üstünlükdür; 
  • Rəqəmsal marketinq mütəxəssisi və ya oxşar vəzifə üzrə minimum 2 il iş təcrübəsi;  Mobil tətbiq üzərində iş təcrübəsi olması üstünlükdür; 
  • Meta Ads, Google Ads, Yandex Direct haqqında biliklər; 
  • Analitik alətlər üzrə biliklər (GA4, Yandex Metrika); 
  • Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri; 
  • ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı; 
  • SEO alətləri ilə işləmə bacarığı; 
  • Rəqəmsal marketinq avtomatlaşdırma proqramı ilə təcrübə; 
  • Məzmun yaradıcısı və kopiraytinq sahələrində keçmiş iş təcrübəsinin olması üstünlükdür; 
  • Excel və ya Google Sheet bilikləri; 
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı. 

İş şəraiti: 

  • İş saatı 09:00-dan 18:00-dək; 
  • İstirahət günləri: şənbə və bazar günləri. 

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 20.03.2024-cü il tarixinədək göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Rəqəmsal marketinq mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.