Satınalma və təchizat üzrə mütəxəssis

  • Grinco
  • Elanın qoyulma tarixi: 23.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Tələblər əsasında potensial mal təchizatçılarının araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi
  • Tələblər əsasında müvafiq analizlər etmək və spesifikasiyalara uyğun doğru və düzgün təchizatçı şirkətlərdən təkliflərin hazırlanması
  • Təchizatçı siyahısının uyğun kateqoriyalar üzrə aylıq yenilənməsi
  • Sifarişləri yerləşdirmək və çatdırılma müddətlərini və şərtlərini razılaşdırmaq üçün təchizatçılarla danışıqların aparılması
  • Sifariş olunacaq malların keyfiyyət və texniki göstəricilərinin uyğunluğunu satış şöbəsi  ilə razılaşdırmaq
  • Sifarişlərin təyin olunan vaxt çərçivəsində icrası proseslərinin həyata keçirilməsi
  • Tələb olunan malların, xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış şifarişini (PO) tərtib etmək
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması
  • Tədarükçülər ilə mütəmadi olaraq görüşlər təyin etmək və yeni tədarükçülərin araşdırılması
  • Görülən işlərin hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: Ali
  • Təcrübə: Minimum 1 il
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili (arzu olunandır)
  • Problemləri həll edə bilmə bacarığı və prosesləri davamlı olaraq təkminləşdirməyə yönümlü olmaq
  • Komandada işləmə bacarığı
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
  • Bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması
  • Satınalma, müqavilələrinin tərtibi, logistika prinsip və qaydaları, gömrük rəsmiləşdirilməsi və son istifadəçiyə qədər olan təchizat prossesləri haqqında məlumatlı olmaq

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-17:30
  • İş yeri: Baki şəhəri, Ceyhun Hacıbəyli küçəri 1\14, Nəriman Nərimanov ray.
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
  • Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
  • AR Əmək qanunveriliyi üzrə sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma və təchizat üzrə mütəxəssis” yazaraq email ünvanına göndərilməsi xahiş olunur.

Son tarix 10.03.2024-cü il.