İşin təsviri
İş barədə məlumat:
- Elektron qaimələrin yazılması, təhvil - təslim aktları hazırlanılması;
- E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq
- Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; Şənbə - qısa iş günü;
- İstirahət: Bazar günləri;
- Əmək haqqı : Müsahibə əsasında namizədin biliklərinə uyğun təyin ediləcək;
Tələblər:
- İngilis və Rus dili biliyi üstünlükdür;
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində müəyyən biliklərə sahib olmalıdır;
- Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
Ünvan: Heydər Əliyev prospekti 115, Sport Plaza.
Elanı diqqətlə oxuyub CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.