Marketinq mütəxəssisi

İşin təsviri

“HİLL” Restoranı Marketinq mütəxəssisi vakansiyasını elan edir.

İş barədə məlumat:

  • Marketinq planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Satış və marketinq KPİ nəticələrinin monitorinqı və hesabatı;
  • Marketinq tədqiqatların aparılmasını, onun üçün zəruri olan informasiyanın toplanılmasını, işlənməsini və marketinq informasiya sisteminin yaradılmasını təşkil etmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək;
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil etmək;
  • Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onların nəzarətini və təhlilini aparmaq;
  • Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.

Namizədə tələblər: 

  • Təhsil: Ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili, rus dilində səlis danışıq qabiliyyəti
  • Kompyuter bilikləri: MS Office proqramlarında işləmək bacarığı, Adobe Illustrator and Photoshop bilmək üstünlükdür.
  • İş təcrübəsi:  Müvafiq sahədə 3 ildən 5 ilə qədər
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət, planlama və analiz bacarığı;
  • Rəqəmsal marketinq üzrə sertifikata malik namizədlərə  üstünlük veriləcək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 5 günlük iş qrafiki. 
  • Əmək haqqı: 1000-1200 AZN

Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.