Anderraytinq və təkrarsığorta şöbəsinin kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 20.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 03 mart 2024-cü il.

Vəzifə Öhdəlikləri:

  • Təkrarsığorta  qaydalarının hazırlanması;
  • Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi;
  • Təkrarsığortaçıdan təklifin alınması, slipinin şərtlərinin uyğunluğunun yoxlanılması və slipin/müqavilənin imzalanmasına qərarın verilməsi;
  • Təkrarsığorta müqavilələri üzrə şərtlərin təhlil olunması;
  • Qüvvədə olan təkrarsığorta müqavilələrinə əsasən risk məlumatlarının ötürülməsi və hesablaşmaların aparılması;
  • Gözlənilən təkrarsığorta haqqlarının hesablanması və Sığorta ödənişlərində gözlənilən təkrarsığortaçının payıının hesablanması;
  • Araşdırma üçün təkrarsığortaçıya təqdim olunacaq sənədlərin tamlığının yoxlanılması/hazırlanması (tərcümə edilməsi);
  • Sığorta ödənişlərində və OCR-da təkrarsığortaçının payının müəyyən edilməsi/ təsdiqlənməsi;
  • İT sistemin monitorinq edilməsi;
  • Müxtəlif mövzularda dünya təcrübəsinin araşdırılması, müxtəlif istiqamətlərdə təhlillərin aparılması və təqdimat formasına salınması.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Tələb olunmur.
  • Təhsili/ixtisası: İqtisadiyyat və maliyyə sahələri üzrə bakalavr dərəcəcəsi.
  • Dil bilikləri: İngilis dili: əla, Azərbaycan dili: əla, Rus dili: orta
  • Üstünlüklər: Analitika və tətqiqat bacarıqları, təşəbbüskarlıq, yeniliklərə və innovasiyalara açıq olma bacarıqların olması.
  • Kompüter bilikləri: MS Word: orta, MS Outlook: orta, MS Excel: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv. 

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.Bottom of Form

İşəgötürənin reytinqi