Elektrik

  • Green Tech
  • Elanın qoyulma tarixi: 19.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Elektrik aparatların və cihazların iş prinsiplərin bilməli;
  • Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini, təmir, quraşdırma və montaj metodlarını təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanılmasını bilməli;
  • Texnikaların elektrik hissələrinin təmir öncəsi periodik təmir-baxım işlərinin həyata keçirilməsini bacarmalı;
  • Elektrik qurğularının, avadanlıqlarının, mexanizmlərinin texniki vəziyyətinin  daim  yoxlanılması, aşkar olunan xırda nasazlıqların operativ surətdə aradan qaldırmalı;
  • İstifadə olunan avadanlıqların normal və təhlükəsiz  işləməsinin təmin  etməli.

Tələblər:

  • Təhsil: Ali təhsil (Elektrik mühəndisliyi);
  • Sahə üzrə 1-ildən yuxarı iş təcrübəsi
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilməli
  • Detallara qarşı diqqətli, intizamlı və məsuliyyətli olmaq;
  • Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları.
  • Yaş həddi 25-40
  • Məsuliyyətli, dəqiq, kollektivlə iş bacarığı olmalı

İş barədə məlumat:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Iş yeri Zirə qəsəbəsində yerləşir;
  • Koroğlu mt/s servis avtobusu vardır;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “elektrik” şəklində göstərməyiniz xahiş olunur.