HR mütəxəssis

  • Hikvision Co
  • Elanın qoyulma tarixi: 17.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat: 

  • HR strategiyalarının hazırlanması və həyata keçirilməsi
  • Şirkətin təşkilati strukturunun yaradılması və optimallaşdırılması (müasir HR texnologiyalarının tətbiqi) 
  • Vakant yerlər üçün iş elanları hazırlanması və elanların saytlarda yerləşdirilməsi (bazanın artımı) 
  • Kadrların işə qəbulu və qiymətləndirilməsi, yeni işçilərin uyğunlaşdırılması
  • Əmək qanunvericiliyi ilə işləmək, kadr sənədlərinin aparılması
  • İşə qəbul və işdən azad olunan işçilərin sənədləşməsinin təşkil edilməsi, elektron hökumət portalında müvafiq əməliyyatların icrası, əmək kitabçalarında qeydiyyatın aparılması
  • Prosedur qaydalarının və vəzifə təlimatlarının hazırlanması
  • İşçilərin aylıq davamiyyət cədvəlinin tərtib olunması, məzuniyyət cədvəlinin hazırlanması, izlənməsi və sənədləşmənin həyata keçirilməsi
  • Hesabatların tərtib olunması və müxtəlif qurumlardan daxil olan müraciətlərin cavablandırılması və s.

Namizədə tələblər:

  • Ali təhsil 
  • Yaş : 25-40
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi 
  • AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli
  • E-Gov hökümət portalı və ƏMAS , Microsoft ofis proqramlarından sərbəst istifadə bacarığı
  • Əla ünsiyyət bacarıqları və komandada işləmək bacarığı
  • Strateji planlaşdırma, analitik düşünmə bacarığı.
  • Detallara diqqət, məsuliyyət və işə proaktiv yanaşma.
  • Dinamik mühitdə və təzyiq altında işləmək bacarığı

Biz təklif edirik:

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar
  • Rəqabətli əmək haqqı və müavinətlər paketi
  • Yeni ideya və yanaşmalara açıq mühit

İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə. Həftə içi 5 gün  Saat 09:45 -18:45 (şənbə günü qısa iş günüdür) 

Əmək haqqı: 1000 AZN  (müsahibə əsasında dəyişilə bilər)

Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “HR mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.