Daxili audit departamentinin aparıcı auditoru

  • Azericard
  • Elanın qoyulma tarixi: 17.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (üstünlük maliyyə ixtisası);
  • Fəaliyyət sahəsi - (Bank-maliyyə sektoru (audit sahəsi))
  • İş stajı – 2 il;
  • Şirkət fəaliyyətinin əsas istiqamətləri və xidmətləri haqqında biliklər;
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
  • Hesabatın hazırlanması və yazı bacarıqları;
  • Microsoft Office proqramlarında işləmək bacarıqları;
  • Azərbaycan dili, Rus və İngilis dili bilikləri (maliyyə sənədlərini oxuyub anlaması);
  • Komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik;
  • Müxtəlif mənbələrdən alınan böyük həcmli məlumatlarla işləmək bacarığı, sistematik düşüncə və analitik təhlil qabiliyyəti;
  • Təşkilatçılıq və planlaşdırma bacarıqları;
  • Dəqiqlik və detallara qarşı diqqətlilik.

Vəzifə öhdəlikləri:

  • Daxili nəzarət sistemlərinin effektivliyinin və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
  • Risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
  • Aktivlərin qorunması sistemlərinin yoxlanılması və qiymətləndirilməsi; 
  • Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi;
  • Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
  • Şirkətin icra orqanlarının daxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilinməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi; 
  • Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi;
  • Şirkətin bütün struktur bölmələri üzrə onların əsasnamələri ilə müəyyənləşdirilmiş funksiyalarına uyğunluğun, işçilərin vəzifə təlimatlarının icrasının yoxlanılması və qiymətləndirilməsi;
  • Şirkətin maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması və qiymətləndirilməsi.

Namizədlərdən CV-lərini “Aparıcı auditor” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur. 

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi