Risk Texnologiyaları şöbəsinin müdiri

  • Azər Türk Bank
  • Elanın qoyulma tarixi: 16.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması və yoxlanılması;
  • İnteqrasiya edilmiş məlumatların dəqiqliyini və ardıcıllığını təmin etmək üçün hərtərəfli sınaqdan keçirilməsi;
  • İnteqrasiya edilmiş məlumatların yoxlanılması üçün hərtərəfli sınaq ssenarilərinin hazırlanması;
  • Statistik texnikaları istifadə edərək əhəmiyyətli elementləri saxlamaq şərtilə məlumatları təhlil etmək;
  • Tətbiq edilmiş model üzrə interpretasiya edilməsi və müvafiq hesabatların hazırlanması;
  • Skorinq və reytinq modellərinin yenilənməsində və tətbiqində iştirak edilməsi;
  • Müntəzəm olaraq makroiqtisadi təhlillərin aparılması;

Tələblər:

  • Verilənlərin analitikası, verilənlər bazaları, statistik modelləşdirmə, proqnozlaşdırıcı analitika, yanında satın alma modeli, maşın öyrənməsi və ya məlumat elmi ilə bağlı iş təcrübəsi;
  • Böyük verilənlərin inkişaf etdirilməsi təcrübəsi və Python (və ya oxşar dillər) və əlaqəli analitika kitabxanaları üzrə praktiki biliklər;
  • Vizuallaşdırma bacarıqları (Power BI və ya digərləri);
  • Risk texnologiyaları və modelləşdirmə funksiyası üzrə 3-5 illik iş təcrübəsi;
  • Analitik bacarıqlar və məlumat bazası (Python) və SQL  ilə işləmək bacarığı;
  • Risk və maliyyə hesabatlığının təhlili;
  • Statistik və Ekonometrik təhlil;
  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
  • Peşəkar sertifikatlar arzuolunandır (FRM);
  • Microsoft Office ailəsinə daxil olan proqramlar (Xüsusən, Excel, PowerPoint və Power BI) – yaxşı səviyyədə bilmək;
  • Namizədin aşağıdakı ixtisaslar üzrə bakalavr və ya magistr pilləsi üzrə təhsilinin olması arzuolunandır:
  • Maliyyə / Mühasibatlıq
  • Risklərin idarə edilməsi 
  • Mexanika – Riyaziyyat 
  • Ekonometrika, Statistika

İşəgötürənin reytinqi