Aylıq əsasda əməliyyat və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması;
Risk xəritəsini hazırlamaq və onun icrasının monitorinqini həyata keçirilməsi;
Risk İştahası Bəyannaməsini hazırlamaq və onun icrasının monitorinqinin həyata keçirilməsi;
Risk limitlərinin hazırlanması və müntəzəm olaraq monitorinqi;
İldə iki dəfə olmaqla stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
Likvidlik əmsallarının hesablanması və təhlili;
Ödəniş müddətləri bölgüsü və likvidlik “qəp” təhlilinin aparılması;
Bankın yeni məhsulları/limitləri və xidmətlərinin baş verə biləcək risklərə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi;
Risklərin siyasətinin inkişafı və təkmilləşdirilməsi;
ESİ amillərini ehtiva edən maliyyə və qeyri-maliyyə risklərinin qiymətləndirilməsi;
Aylıq əsasda bütün risklərin və hadisələrin aşkarlanması, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunmasının təmin edilməsinə və onların risk reyestrinə əlavə olunmasına nəzarət edilməsi;
Rəhbərlik üçün gündəlik, aylıq və rüblük risklərin təhlilinin hazırlanması;
Tələblər:
Risk və maliyyə hesabatlığının təhlili bacarığı;
Statistik və Ekonometrik təhlili bacarığı;
Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
Peşəkar sertifikatlar arzuolunandır (FRM,ACCA,CFA);
Əməliyyat, bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə 3-5 illik iş təcrübəsi;
Analitik bacarıqlar və məlumat bazası (Python) və SQL ilə işləmək bacarığı;
Microsoft Office ailəsinə daxil olan proqramlar (Xüsusən Excel, PowerPoint və Power BI) – yaxşı səviyyədə bilmək;
İnqilis dili orta səviyyə, rus dili arzu olunandır;
Namizədin aşağıdakı ixtisaslar üzrə bakalavr və ya magistr pilləsi üzrə təhsilinin olması arzuolunandır:
risk analysisrisk assessmentrisklərin analizirisklərin idarə edilməsiSQLMicrosoft OfficemühasibatlıqPythonkreditPower BICFAACCAfinancefinance analysisfinance control