Layihə koordinatoru/QC

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikintinin ilk günəndən bitənədək  bütün prossesləri nəzarət etmək;
  • Hesabatların hazırlanması;
  • Layihə rəhbərinin iştirakı ilə tikinti işinin gedişi prosesində layihə qərarlarını dəyişdirilməsi və baxılmasında, zəruri hallarda materialların, məhsulların, konstruksiyaların dəyişdırılməsi məsələlərinin operativ həllində iştirak etmək;
  • Tikinti-quraşdırma işlərinin keyfiyyətinin pisləşməsində və vaxtın dayandırılması səbəblərini öyrənmək və onların aradan qaldırılması üçün tədbirlərdə iştirak etmək;
  • Lazımı texniki sənədlərin qeydiyyatını aparmaq;
  • Tikinti obyektlərinin qəbulunda və onların istismara verilməsi komissiyasında iştirak etmək;  
  • Əsaslı tikinti planlarının yerinə yetirilməsi barədə hesabatların hazırlanması üçün lazımı  qeydləri hazırlamaq, bitmiş tikinti-quraşdırma işlərinin qeydlərinin aparılmasında yardımçı olmaq.    
  • İSO 9001 tələblərinə uyğun olaraq sənədləri hazırlamaq;   
  • Müəssisənin normativ sənədlərini hazırlamaqda köməklik göstərmək (tender sənədləri daxil olmaqla);
  • Keyfiyyat planının və sənədlərin hazırlanması;
  • Müvafiq şöbələr arasında tender sənədlərində qeyd olunan məlumatların verilməsini tələb olunan son tarixlərdə verilməsini təmin etmək;
  • Müqavilə və risklərin nəzərdən keçirilməsini asanlaşdırmaq üçün Satınalma Qrupu ilə işləmək;

Namizədə tələblər:

  • Yaş: 28-45
  • Cinsi: kişi
  • Təhsil: Ali (mühəndislik/ inşaat)
  • İş təcrübəsi: ən azı 3 il
  • Dil bilikləri: Rus və ingilis dili bilmək üstünlükdür
  • Kompüter bilikləri: MS Office
  • İşə məsuliyyətli yanaşmaq;
  • Komanda ruhu, ünsiyyət və münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki- 6 gün;
  • İş saatı: Həftə içi günlər 09:00-dan 18:00 kimi, şənbə günü qısa gün.
  • Əmək Haqqı görüşmə nəticəsində müəyyən ediləcək.

Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “ Layihə koordinatoru/QC” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) elektron ünvanına göndərə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.