İnsan Resursları Departamentində İR Biznes Tərəfdaş (HR Business Partner)

İşin təsviri

Təsvir:

  • Bankın strategiyası və əməliyyat planına uyğun olaraq İşəqəbul Planının formalaşdırılması və idarə edilməsi;
  • İşəqəbul siyasəti və prosedurların nəzərdən keçirilməsi və yenilənməsi;
  • Vakant vəzifələrə yüksək potensiallı namizədlərin cəlb edilməsi və işə qəbulunun təmin edilməsi;
  • İşəqəbul prosesi çərçivəsində namizədlərin ilkin seçimi, testləşməsi və müsahibələrin təşkili;
  • İşəqəbul sahəsi ilə bağlı həftəlik və aylıq hesabatların hazırlanması və təqdim olunması;
  • Təcrübə proqramlarının təşkili və idarə edilməsi;
  • Əməkdaşların bankdaxili sahələr üzrə yerdəyişmələrinin idarə edilməsi;
  • Yeni əməkdaşlar üçün adaptasiya proqramının (Onboarding) təşkili və həyata keçirilməsi;
  • Yeni əməkdaşların sınaq müddətinin idarə edilməsi;
  • Bankı potensial namizədlərə tanıtmaq məqsədilə əmək yarmarkarları və digər tədbirlərdə iştirak;
  • İşəqəbul sahəsi ilə bağlı sorğuların cavablandırılması;
  • Rəhbərlik tərəfindən sahə üzrə verilən digər tapşırıqların icrası. 

Tələblər:

  • Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya sahələri üzrə arzuolunandır);
  • İnsan resurslarının İT sahəsinin işəqəbul istiqaməti üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə mütləqdir;
  • İşəqəbul prosesi və prosedurları üzrə yüksək səviyyədə biliklər;
  • Səriştə əsaslı müsahibə haqqında biliklər;
  • Danışıqlar aparmaq bacarığı;
  • Çoxfunksiyalılıq, problem həlletmə və qərar vermə bacarığı;
  • İnandırmaq və təsir etmək bacarığı;
  • Təhlil etmək, yazılı məlumat və hesabat vermək bacarıqları.

İşəgötürənin reytinqi