Layihə koordinatoru (Bakı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Layihələri şirkətin daxili prosedur və qaydalarına uyğun idarə etmək;
  • Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
  • Layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
  • Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
  • Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərin tərtibatına rəhbərlik etmək və xərcləri layihənin bütün həyat dövrü idarə etmək;
  • Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
  • Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, layihə komandası, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
  • Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
  • Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
  • Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
  • Layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;
  • Layihə üzrə dəyişikliklərin idarə edilməsi və nəzarətini təşkil etmək;
  • Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
  • Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək;
  • Konsolidə edilmiş menecment hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Layihə rəhbəri tərəfindən verilən aidiyyəti göstərişləri təmin etmək və zəruri toplantılarda iştirak etmək.

Tələblər:

  • Ali iqtisadi və ya mühəndislik təhsili;
  • Texniki layihələrin idarəedilməsi sahəsində azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – səlis, Rus – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office;
  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər (PMP sertifikatının olması əlavə üstünlükdür);
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 
  • İş vaxtı: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihə koordinatoru” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.