Təcrübə proqramı (Kommersiya bölməsi)

İşin təsviri

Vəzifələr:

Ölkənin Kosmetika və baxım sahəsində sürətlə inkişaf etməkdə olan pərakəndə satış şəbəkələrinin birində təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə "Olivianın Kommersiya bölməsində "Təcrübə Proqramı"na müraciət et.

Motivasiyalı, kosmetikada anlayışı olan, əla ünsiyyət qabiliyyətli, 4-cü kurs və magistr tələbələrini, 2022-2024 cü illər məzunlarını təcrübə proqramına qatılmağa dəvət edirik! Təcrübə proqramının bütün seçim mərhələlərindən uğurla keçmiş namizədlər AR əmək qanunvericiliyinə əsasən sənədləşdiriləcək və orientasiya proqramına cəlb olunacaqlar. Təcrübə müddətində xüsusilə fərqlənən şəxslər gələcəkdə açılacaq vakansiyalar üçün potensial namizəd kimi dəyərləndirilə bilərlər. Təcrübə proqramı ödənişli əsaslarda iki ay müddətində davam edəcəkdir.

Komandamıza qoşulmaq istəyənlər üçün bu bir fürsətdir!

Tələblər:

  • 4-cü kurs tələbələri;
  • Magistr tələbələri;
  • 2023-2024-cü illərin məzunları.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

İşəgötürənin reytinqi