Korporativ işlər üzrə hüquqşünas

İşin təsviri

Korporativ işlər və Məsləhət Vermə üzrə:

  • Cəmiyyətin korporativ idarə edilməsində dəstək olmaq, korporativ məsələlər, o cümlədən lisenziyalaşdırma, qeydiyyat, sığorta sahəsində tənzimlənmə, vergi, əmək və digər məsələlər üzrə şöbə qarşısında qoyulmuş tapşırıqları icra etmək;
  • Cəmiyyətin digər şəxslərlə bağlayacağı bütün növ müqavilələri hüquqi ekspertizadan keçirmək və ya tərtib etmək və bu müqavilələr üzrə Cəmiyyətin maraqlarının maksimum surətdə təmin edilməsinə nail olmaq;
  • Cəmiyyətin fəliyyətinə aid olan müvafiq qanunvericlik aktları, digər normativ hüquqi aktların və inzibati qərarların yenilənmiş toplusunu (kitabxanasını) hazırlamaq; 
  • Cəmiyyətin fəaliyyətini əks etdirən bütün korporativ hüquqi sənədlərin tam və yenilənmiş toplusunun saxlanmasını təmin etmək;
  • Cəmiyyətin rəhbər şəxslər üçün zəruri olan hüquqi hesabat və rəylərin hazırlanmasına iştirak etmək;
  • Şöbəyə aid sənədlərin qovluqlarda yerləşdirilməsini təmin etmək;
  • bütün korparativ məsələlər üzrə yenilənmiş faylların saxlanılmasını təmin etmək;
  • Dövlət orqanlarına və özəl qurumlara ünvanlanan məktubların hazırlanmasında dəstək olmaq;

Sığorta hadisələrinin tənzimlənməsi üzrə:

  • Cəmiyyətdə sığorta hadisələrinin tənzimlənməsi üzrə sənədləşmənin qanunvericiliyə uyğunluğunu yoxlamaq;

Məhkəmə işləri üzrə:

  • Tabe olduğu rəhbərin tapşırığına əsasən iddia və şikayət ərizələri hazırlamaq;
  • Hüquqi məsələlər ilə əlaqədar bütün dövlət orqanları, qurumlar, idarə, müəssisə, təşkilatlar, hüquqi və fiziki şəxslərlə yazışmaların layihələrini hazırlamaq;
  • Bütün məhkəmə sənədlərinin, pretenziyaların və hüquqi mübahisələrlə əlaqədar sənədləri düzgün tərtib etmək və vaxtında təqdim edilməsini təmin etmək;
  • Etibarnamə əsasında məhkəmə işləri və digər mübahisələrdə cəmiyyəti təmsil etmək;

Digər:

  • Departamentin idarə olunması ilə bağlı Departament müdirinə və Şöbə rəhbərinə inzibati dəstək göstərmək;
  • Aid olduğu struktur bölmə daxilində vəzifə öhdəliklərinə uyğun olaraq rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında, dəqiq və tam yerinə yetirmək.

Tələblər:

  • Ali hüquq təhsili;
  • Azərbaycan dilini sərbəst bilmək; rus dilini bilmək arzu olunandır;
  • MS Office proqramlarını əla səviyyədə bilmək;
  • Azərbaycan Respublikası qanunvericiliyini mükəmməl bilmək (Məcəllə, normativ hüquqi aktlar, sığorta fəaliyyəti haqqında qanun və s.)
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı.

İş qrafiki: 5 günlük, 09.00-18.00

Tibbi sığorta qarşılanır

Maraqlanan şəxs CV-sini, mövzuda “Korporativ işlər üzrə hüquqşünas”  qeyd etməklə elektron ünvanına göndərə bilər.