Satınalma mütəxəssisi

  • Nimpex
  • Elanın qoyulma tarixi: 14.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

  • İş Qrafiki: 1-5 günlər, 9:00-18:00
  • Əmək haqqı: 1000-1500 Azn. (Namizədə uyğun olaraq)
  • Müqavilə müddəti:3 ay sınaq müddəti ilə 1 illik bağlanır.
  • İş yeri: Bəsti Bağırova 12, Məryəm Plaza, Bakı, Azərbaycan

Vəzifə öhdəliyi:

  • Tələbnamələrə əsasən xarici bazarın araşdırılması və müqayisə olunması;
  • Layihə üzrə təchizatçıların siyahısının müəyyən edilməsində iştirak etmək;
  • Xarici bazardan satınalınan məhsullara dair tələblərin müəyyən edilməsi;
  • Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  • Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
  • Müqavilələrin səmərəli və şirkətin satınalma siyasətinə uyğun olaraq bağlanması;
  • Alınan məhsul və xidmətlərin çatdırılması, gömrük rəsmiləşdirilməsi və bəyannamələrin verilməsini logistika şöbəsi ilə əlaqələndirmək;
  • Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;
  • Satınalmalar üzrə müxtəlif hesabatların hazırlanması;

Tələblər:

  • İqtisadiyyat, Menecment, Logistika sahəsində ali təhsil;
  • Satınalma üzrə minimum 3 il təcrübə;
  • Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək;
  • Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumatlı olmaq;
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
  • Kompüter biliyi: MS Office  (Word, Excel və s) ;
  • Əla səviyyədə Azərbaycan və ingilis dili. Rus dili üstünlükdür;
  • Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək;
  • Malların müəssisələr çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək;
  • 1 C proqramında işləmə bacarığı olan namizədlərə üstünlük veriləcəkdir;
  • İT Network avadanlıqları sferasında təcrübəli olmaq üstünlükdür;

Maraqlanan namizədlər email ünvanına “Təchizat üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.