Mühasib

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 14.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin dəqiq olmasının, müvafiq qanun və qaydalara mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması;
  • İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialın sisteminə işlənməsi;
  • Elektron Qaimə Faktura ilə bağlı əməliyyatları icra etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank və kassa əməliyyatlarının düzgün aparılması;
  • Bank hesabları üzrə ödənişləri həyata keçirmək;
  • Alınmış və Ödənilmiş Avans ödənişlərini izləmək;
  • Kreditor və debitorlar ilə üzləşmələr aparmaq;
  • Mühasibat sənədlərini saxlamaq və qorumaq;
  • Görülmüş işlərə dair bütün təsdiqedici sənədləri toplamaq, tərtib etmək və saxlamaq;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək;
  • Baş mühasibin verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Aidiyyatı sahədə 2 ildən artıq iş təcrübəsi;
  • MS Office və ERP proqramlarından istifadə etmək bacarığı; 
  • E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
  • Punktual, diqqətcil və məsuliyyətli olmalı.

İş şərtləri:

  • İş qrafiki: Həftənin 5 günü
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi