Data analitikası şöbəsinin mütəxəssis/baş mütəxəssisi

  • TuranBank ASC
  • Elanın qoyulma tarixi: 14.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Datanın müxtəlif mənbələrdən toplanması və təmizlənməsi
  • Riyazi-statistik metodlardan, maşın öyrənməsindən və digər analitik üsullardan istifadə etməklə müxtəlif dataların təhlili və modelləşdirilməsi, datadan faydalı biliklərin əldə edilməsi
  • Təhlil nəticələrinin vizual təqdimatlarının yaradılması
  • Qərarların qəbul edilməsinə yardımçı olan təhlil nəticələrinin maraqlı tərəflərə effektiv şəkildə çatdırılması
  • Gələcək bazar hərəkətlərini, müştəri davranışlarını və ya potensial riskləri proqnozlaşdırmağa kömək edə biləcək tendensiyalar, nümunələr və anomaliyaları müəyyən etmək üçün tarixi məlumatların təhlili.
  • Fərdiləşdirilmiş marketinq və satış strategiyaları üçün data əsasında gərəkli təhlillər və məhsullar üzrə tövsiyələrin verilməsi.
  • İş rejimi həftənin 5 günü, (09-00-18:00)

Namizədə tələblər:

  • Uyğun sahədə ali təhsil (Statistika, Data analitikası, Maşın öyrənməsi, Data elmi, Tətbiqi riyaziyyat, İqtisadiyyat və sair)
  • SQL sorğularından istifadə etmək,
  • Müxtəlif statistik təhlil və maşın öyrənmə alətlərinin və vizuallaşdırma alətlərinin bir və ya bir neçəsi  ilə işləyə bilmək (Power BI, R, Python, Pandas, NumPy, SPSS və sair)
  • Vizuallaşdırma alətləri ilə iş 
  • Statistika üzrə biliklər (statistik təhlillər, o cümlədən korrelyasiya, reqressiya təhlilləri və sair)
  • Data analitikasından tətbiq olunan müxtəlif üsullar üzrə biliklər (Klasterləşmə, qərar ağacları, təsadüfi meşə və sair)
  • Data analitikası üzrə 1-3 il intervalında təcrübə

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

İşəgötürənin reytinqi