İşin təsviri
Vəzifə öhdəlikləri:
- Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi
- Avadanlıq və proqram səviyyəli fayrvolların quraşdırılması və sazlanması
- Rabitə avadanlıqlarının (Switch, Router) quraşdırılması və sazlanması
- Şəbəkə üzrə tələblərin təhlil olunması və ehtiyacların müəyyən olunması
- Şəbəkənin optimallaşdırılması
- Yeni texnoloji sistemlərin və şəbəkə avadanlıqlarının quraşdırılması və sazlanması
Namizədə tələblər:
- Yaş həddi: 23 - 35
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
- Azərbaycan dilində səlis danışıq
- İngilis və Rus dili bilikləri (orta səviyyədə)
- Routing, Switching, VLAN, VPN, DNS, Radius, fayrvollar üzrə nəzəri və praktik biliklər
- Cisco avadanlıqları ilə işə dair nəzəri və praktik biliklər
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.