Kiçik mühəndis (Samux və Tovuz)

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 13.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mexaniki avadanlığın istismar və ya qeyri-istismar vəziyyətdə olmasını izləmək, müvafiq şöbələrə məlumat vermək və avadanlıq barədə məlumatları ümumi qovluqda saxlamaq
  • Mexaniki avadanlığın quraşdırılmasında operatorlara dəstək göstərmək
  • İşçi heyətinə tələb olunan gündəlik təlimatların verilməsi
  • Mexaniki avadanlıqların ehtiyat hissələrinin sifariş prosesinə dəstək göstərmək
  • Müvafiq şöbə ilə əlaqəli bilavasitə rəhbər tərəfindən təyin edilmiş hər hansı digər tapşırıqları və ya layihələri yerinə yetirmək
  • Sağlam iş mühiti təmin edən Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit qaydalarına ciddi şəkildə əməl olunmasını təmin etmək.

Namizədə olan tələblər:

  • Müvafiq sahədə ali təhsil 
  • Müvafiq sahədə 1-2 il iş təcrübəsi
  • Mexaniki avadanlıq və onun istismarı barədə biliklər 
  • Yüksək səviyyədə ünsiyyət və komanda ilə işləmək bacarığı

Əlavə Məlumatlar:

İş yeri – Samux və Tovuz  şəhərləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik mühəndis” qeyd edərək göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi