İşin təsviri
Təcrübə zamanı siz nələr qazanacaqsız:
Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:
- Real iş təcrübəsi
- Müştərilərlə işləmə bacarığı
- CRM sistemləri və təcrübələri ilə tanışlıq
- Korporativ mühit
- Proqramı uğurlu başa vurmuş yüksək performans göstərmiş təcrübəçilər şirkətimizdə iş imkanı qazanacaqlar
Təcrübə zamanı hansı işlər görüləcək:
- Müştərilərin sorğularına cavab vermək, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək;
- Satış sonrası müştəri məmnuniyyətini ölçmək
- Müştərilərə düzgün, doğru, etibarlı və tam məlumat vermək
- Müştərilərlə problemlərinin qeydlərini aparmaq
- Müştərilərlə ünsiyyətdə olarkən təlimatlara əməl etmək
- Müştərilərdən gələn zənglərə cavab vermək;
- Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış;
- Müştərilərdən daxil olan şikayət və təkliflərin qəbul edilməsi, təhlili və qısa müddətdə həll olunmasına nail olmaq/ ehtiyac yarandığı zaman müvafiq şöbəyə yönləndirmək;
- Müştərilərə onların hər zaman yanında olduğumuzu göstərərək müştəri loyallığının qorunmasına və inkişaf etdirilməsinə nail olmaq;
Təcrübə kimlər üçün nəzərdə tutulub:
- Gənc və həvəskar olanlar
- Özünü bu sahədə inkişaf etdirmək istəyənlər;
- Xanım namizədlər üstünlükdür;
- Sonuncu kurs və ya yeni məzun olmuş namizədlər üstünlükdür
Tələblər:
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü
- Öyrənməyə açıq olmaq
- Komanda ilə işləməyi bacarmaq
- Ünsiyyətcil olmaq
- Diqqətcil və punktual
- Dil bilikləri üstünlükdür (rus, ingilis)
Təcrübə üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Müştəri xidmətləri təcrübə" başlığı ilə e-mail ünvanına göndərə bilərsiniz.