İnsan resursları şöbəsinin baş mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, xitam, vəzifə dəyişikliyi və s. aidiyyəti işləri yerinə yetirir.
  • Şöbədə kargüzarlıq işlərinin qanunvericiliyə uyğun aparılmasını təmin edir, işçilərin şəxsi işlərini formalaşdırır, aparır və aparılmasına nəzarət edir; 
  • İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi üzrə işlərdə iştirak edir;
  • Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir;
  • Yeni əməkdaşların adaptasiya qaydalarına əsasən fəaliyyətini əlaqələndirir, adaptasiya tədbirlərində iştirak edir;
  • Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir;
  • Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, lazım olan materialları hazırlayır, qiymətləndirmə işinin təşkilində iştirak edir.
  • Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin mükafatlandırılması və motivasiya tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir;
  • Şöbənin növbəti il üçün iş və tədbirlər planının tərtibatında iştirak edir:
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında və tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edir;
  • Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir;
  • Agentliyin kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrinin əmək qanunvericiliyinə uyğunluğunu təmin edir və yoxlayır;
  • Əmək kitabçalarının qeydiyyatını, düzgün doldurulmasını və təhvil-təslimini təmin edir;
  • Agentliyin insan resurslarının informasiya sisteminin (İRİS) (1С və s.) qurulmasında üzərinə düşən vəzifələri yerinə yetirir;
  • İRİS-ə (1С və s.) və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir;
  • Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir;
  • Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir;
  • Vəzifə səlahiyyətləri çərçivəsində şöbə müdiri tərəfindən verilən digər tapşırıq və vəzifələri icra edir;
  • Şöbə müdirinin tapşırığına əsasən şöbənin digər əməkdaşları tərəfindən hazırlanan kadr uçotu sənədlərini,  hesabat və arayışları ümumiləşdirir və yoxlayır;
  • Şöbənin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirir.

Tələblər:

  • Ali təhsil və ixtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Yaş həddi 25-40 aralığı;
  • MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır);
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri  arzuolunandır;
  • Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti;
  • Komandada işləmə bacarığı.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Qeyd: Regionlara ezamiyyə ilə əlaqədar, kişi namizədlərə üstünlük verilir.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. 

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnsan resursları şöbəsi - Baş mütəxəssis) qeyd etməniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarix: 13 mart 2024-cü il.