Direktor assistenti

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 12.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Ali təhsil arzuolunandır;
  • Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşma qabiliyyəti olmalı;
  • Çevik və məsuliyyətli olmalı;
  • MS office məhsulları üzrə bilik və bacarıqları olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Sorğu materiallarının komplektləşməsini təmin edir, onları sinifləndirir və sistemləşdirir;
  • Xidməti materiallarla işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir;
  • Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan  məktubların  müəlliflərinə cavab məktubu hazırlayır;
  • Direktorun iclas və müşavirələrinin keçirilməsini planlaşdırır;
  • Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərin çıxışlarının layihəsini hazırlayır;
  • Direktorun tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyatlarını rəsmləşdirir;
  • İcra olunmuş sənədləri ünvanlara yola salır;
  • Menecment iclaslarının protokollarını tərtib edir və uçotunu aparır;
  • Cəmiyyətin Direktoru tərəfindən struktur bölmələrinə göndərilən əmr, sərəncam, tədbirlər planı və s. göstərişlərin icrasına nəzarət edir;
  • Direktorun tələb etdiyi forma və müddətlərdə fəaliyyətinə aid hesabatları hazırlayır və təqdim edir;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməli;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirməli;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.
  • Korporativ nömrə ilə təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Direktor assistenti” yazaraq e-mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi