Satınalma bölməsi üzrə mütəxəssis

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsinə malik;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
  • Yerli bazar haqqında məlumatlı olmalı;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Problem həll etmə bacarığına malik olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq icra etmək;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Satınalma sorğularına nəzarət və yoxlanılması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Təchizatçıların seçimi və qiymətləndirilməsi;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;
  • Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması və maya dəyərinin aşağı salınması üçün yeni təchizatçıların cəlb edilməsi;
  • ERP sistemində işləmə bacarığının olması.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq 11.03.2024-cü il tarixinədək e-mail ünvanına göndərilməsi xahiş olunur.