Korporativ Satış Mütəxəssisi

İşin təsviri

“UNIVERSAL AZ” MMC  

Universal Az - Bosch, Telwin, Magmaweld, Netlift, Beta və başqa bu kimi tikinti avadanlıqlarının korporativ və pərakəndə satışı ilə məşğuldur. Şirkət Korporativ Satış Mütəxəssisi vakansiyası üzrə namizədlər axtarır:

Vəzifə:Korporativ Satış Mütəxəssisi:

• Yeni müştərilərin cəlb edilməsi
• Şirkət müştərilərinə nəzarət: Müştərinin tələbatını diqqətlə araşdırmaq və təlabata uyğun məhsul təklif etmək.
• Müştəriyə edilən satışı izləmək və hər hansı problem çıxdıqda problemi aradan qaldırmaq.
• Bazar araşdırmasına dəstək: Çeşidlər və rəqiblər haqqında əldə edilən məlumatları Korporativ Satış Meneceri ilə bölüşmək; Şirkətin işlərinə faydalı olacaq biznes informasiyasını aidiyyatı şəxslərə çatdırmaq.
• Satış və geri qaimələrinin sistemə düzgün işlənməsinə nəzarət etmək

Tələblər:

• Ali təhsil
• Güclü analitik və problem həlletmə bacarığı
• İngilis və rus dillərində sərbəst danışıq
• Microsoft Office proqramları üzrə praktikbilik
• Sənayə üzrə satış bazarlarında iş və ya texniki işlərdə təcrübə üstünlükdür
• Sürücülük təcrübəsi

İş vaxtı:

• 6 günlük iş həftəsi, (şənbə günləri – yarım iş günü)

Yuxarıda sadalanan tələblərə cavab verdiyiniz və vəzifə ilə maraqlandığınız təqdirdə CV’nizi və istək məktubunuzu bizə göndərin: [email protected]

Xahiş olunur, məktubun mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” başlığını qeyd edəsiniz.