Satış Kanallarının idarəolunması üzrə ekspert

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 09.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə rəqəmsal və pərakəndə biznes üzrə (avto, əmlak, səyahət və s.) müxtəlif məhsulların və xidmətlərin inkişafı istiqamətində satış komandasına dəstəyin göstərilməsi,
  • Cari satış proseslərin təhlil edilməsi və inkişaf edilməli sahələrinin müəyyən edilməsi,
  • Mövcud satış kanallarının inkişaf etdirilməsi istiqamətində işlərin müəyyən edib pərakəndə istiqaməti üzrə müxtəlif məhsullarının həmin kanallar üzərindən satışın həyata keçirilməsində dəstəyin göstərilməsi,
  • Yeni və mövcud məhsullarının yeni satış kanallarının müəyyən edilməsi və həmin kanallar üzrə satış prosesinin təşkil olunması,
  • Təkmilləşdirilmiş satış proseslərinin dizayn edilməsi, komanda və mərkəzi təşkilat daxilində maraqlı tərəflərlə uyğunlaşdırılması;
  • Cari məhsulların, onların paketləri və üstünlüklərin satış strategiyasının müəyyən edilməsi;
  • Çarpaz- satış imkanlarının inkişaf etdirilməsi;
  • Rüblük məqsədlərə və əsas nəticələrə çatmaq məqsədilə yeni satış kanallarının, əməkdaşlıqların yaradılması və mövcud olanların inkişaf etdirilməsi;
  • Satış nümayəndələrinə və kanal tərəfdaşlarına dəstək göstərilməsi;
  • Şirkətin siyasət və prosedurlarına uyğunluğunun təmin edilməsi;

Biliklər:

  • Biznes və ya marketinq sahəsində ali təhsil;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq, yaxşı səviyyədə rus dili biliklərinin olması üstünlükdür;
  • Peşəkar Excel və ümumi analitik bilikləri.

Təcrübə:

  • B2C (Sales, Marketing, Productç etc.) istiqaməti üzrə azı 2 il iş təcrübəsinin olması.

Bacarıqlar:

  • Təşəbbüskarlıq
  • Ünsiyyət qurmaq bacarığı
  • Çalışqan olmaq
  • Öhdəliklərinə məsuliyyətli olmaq
  • Dəqiqlik
  • Fikirlərini aydın izah edə bilmək
  • İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək
  • Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
  • Problemli vəziyyəti həll etmək
  • Komandada işləmək
  • Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları  

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. 

İşəgötürənin reytinqi