Memar-mühəndis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 09.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək
  • Layihənin icrası zamanı mövcud dəyişikliklərə düzəlişlər etmək
  • Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək 
  • Obyektə ilkin baxış keçirmək və ölçü vərəqəsində qeydlər etməklə ölçü işlərini aparmaq
  • Layihələrin vaxtında və büdcə daxilində çatdırılmasını təmin etmək üçün konseptuallaşdırmadan tamamlamaya qədər dizayn işlərini icra etmək
  • Eskiz və işçi layihələrini hazırlamaq
  • İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasını təmin etmək
  • İlkin eskiz/cizgini aidiyyəti şəxslərlə müzakirə etmək və razılaşdırmaq
  • Mürəkkəb dizayn məsələlərini həll etmək
  • Layihələrin memarlıq hissəsini hazırlamaq və fasadları yığmaq
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətini həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək
  • Memar - dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasına köməklik göstərmək
  • Rəhbərliyin vəzifə ilə bağlı müvafiq tapşırıqlarının yerinə yetirilməsini və təhvil verilməsini təmin etmək.

Tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil
  • Sahə üzrə ən az 3 il iş təcrübəsi
  • Portfolionun olması arzuolunandır
  • MS Office, AutoCad, Archicad, 3DsMax,  proqramlarında professional səviyyədə işləmə bacarığı (Lumion, Revit, SketchUp arzu olunandır)
  • Memarlıq layihələri, eskiz, baş plan, işçi layihələrin hazirlanmasını yaxşı səviyyədə bilməli
  • Azərbaycan dilini mükəmməl bilməli, İngilis və Rus dilləri arzu olunandır

İşəgötürənin reytinqi