Baş avtomatik

İşin təsviri

Tələblər:

  • İstehsal proseslərində avadanlıqların proqram təminatına və proqramlaşdırılmasına nəzarət etmək
  • Elektron avadanlıqlara lazım olan elektron və nəzarət ölçü cihazlarının sifarişlərinə baxmaq
  • Görəcəyi iş ilə əlaqədar dövrü hesabatlar hazırlamaq və sənədləşdirmək
  • Elektron avadanlıqlar və cihazların lazım olarsa yeniləmək
  • Məlumatların emalına və proqramlaşdırmanın hesablama texnikasının istifadə metodlarına aid olan rəhbər və normativ sənədləri bilməlidir
  • Proqramlaşdırmanın formalaşmış dilini, proqramlaşdırma metodlarını, texniki sənədlərin rəsmiləşdirilməsi qaydasını bilməlidir
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikasını bilməlidir
  • Müəssisədə yeni texnika və texnologiyaların mənimsənilməsi üçün tədbirlər görmək
  • Müəssisənin texniki avadanlıqlarının göstəricilərinin artırılması istiqamətində tədbirlər görmək
  • Yeni texnika və texnologiyaların araşdırılması, onların avtomatlaşdırılması barədə təkliflər vermək
  • Avtomatika və elektronika üzrə yeni normativlərin, qaydaların və sənədlərin hazırlanması üzrə təkliflər hazırlamaq və bu işlərdə iştirak etmək
  • Tabeliyində olan şöbənin işinə nəzarət etmək
  • Birbaşa rəhbərin performans planlama və dəyərləndirmə işlərində öz işinə aid rəylərə baxmaq və lazımi dəyişikliklər etmək
  • Proseslərin avtomatlaşdırılması ilə bağlı birbaşa rəhbərlik tərəfindən təyin olunmuş işlərə nəzarət etmək və lazımı tapşırıqları vermək
  • Sıradan çıxan elektron avadanlıqların və NÖC-nın yenisi və ya dəyişdirilməsi ilə bağlı tapşırıqlar vermək və onların dəyişdirlməsinə nəzarət etmək
  • Avadanlıqlarda yaranan ciddi problemlərlə bağlı araşdırmalar edib və lazim olan əməliyyatı həyata keçirmək
  • İstehsal avadanlıqlarına ciddi zərər və texnogen qəza təhlükəsi ehtimalı varsa istehsal xətlərinin dayandırılması haqqında birbaşa rəhbərinə məlumat verərək təyin edilən əməliyyatı həyata keçirmək

İş Şərtləri:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq 
  • İş rejimi: Növbəli iş qrafiki
  • Yemək: Var

Uyğun namizədlər CV-lərini "Baş avtomatik" başlığı ilə e-mail ünvanına göndərə bilərlər.

N1 Çörək Zavodu tərəfindən digər vakansiyalar