Avtomatik mühəndis

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil (avtomatika  üzrə üstünlükdür ).
  • Dil bilikləri: İngilis və rus dili bilikləri üstünlükdür. 
  • Analitik düşünmə, araşdırma və komanda ilə işləmə bacarıqları. 
  • Müəssisədə mövcud bütün avtomatik idarəetmə sistemlərinin , proqramla idarə olunan dəzgahların iş rejiminə nəzarət etmək
  • İş rejimi zamanı baş verə biləcək problem və nasazlıqların aradan qaldırılmasını həyata keçirmək
  • Avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinin quraşdırılmasına , sınaqlarına,  sazlanmasına və istismarına nəzarət etmək
  • Avtomatika və idarəetmə sistemlərinin etibarlı və fasiləsiz işini təmin etmək, onların istismar qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək.
  • Müəssisənin texniki avadanlıqlarının göstəricilərinin artırılması istiqamətində tədbirlər görmək
  • Zavodun ümumi avtomatika sisteminin işlədilməsini, təmir işlərinin plana uyğun tam yerinə yetirilməsinə nəzarət
  • Qəza duruşlarında nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması
  • Müxtəlif sensorlar,vəziyyət və sonluq açarlarının iş prinsipini bilməli və sxemə daxil etməyi bacarmalı
  • Mövcud idarə sistemlərinin avtomatika sisteminə keçirilməsində iştirak etməli
  • Elektronik sxemlərdə bəsit elementləri tanımalı və lehimləmə işlərini bacarmalı
  • Elektrik sxemlərini oxumağı bacarmalı
  • Relelər,maqnitişəsalıcılar və temperatur controllerləri ilə işləməyi bacarmalı
  • VFD-lərlə işləmə bacarıqları olmalı, parametrlərinə müdaxilə etməyi bacarmalı.
  • PLC bilikləri arzuolunandır.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikasını bilməlidir

İş Şərtləri:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
  • İş rejimi:  Növbəli
  • Nahar şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlər CV-lərini " Avtomatik" başlığı ilə email  ünvanına göndərə bilərlər.

 

N1 Çörək Zavodu tərəfindən digər vakansiyalar