Baş energetik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dəmir filizi sahəsində davamlı elektrik enerjisini təmin etmək, elektrik enerjisinin kəsilməsinin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsinə nəzarət edir.
  • Dəmir filizi sahəsində çalışan energetika sektorunun işçilərinin gördüyü işləri planlaşdırmaq və nəzarət etmək;
  • Dəmir filizi sahəsində elektrik kabellərinin, maşınlarının, elektrik cihazlarının sınaqdan keçirilməsini, təmirini, montajını, elektrik sxemləri üzrə işlərin görülməsini, nasazlıqların aradan qaldırılmasını, layihələndirmənin həyata keçirilməsini təmin etmək;
  • Dəmir filizi sahəsindəki avadanlıq, qurğu və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək;
  • Dəmir filizi sahəsindəki yarımstansiyalara nəzarət edir və mümkün nasazlıqların qarşısını almaq üçün lazımi tədbirlərin görülməsini təmin edir.
  • Energetika sektor işçilərinin iş planlarını hazırlayır və bu plan rəhbərlər tərəfindən təsdiq edilməklə onların plana uyğun işləməsini təmin edir.
  • Enerji verilişinin təşkili və planlaşdırılmasını, emalatxanalar və təsərrüfatlar,  təmir cədvəllərinin hazırlanması, avadanlıq və enerji şəbəkələrini, istehsal və istehlak planlarını, yanacaq emalını, enerji istehlak dərəcələri və istehlak rejimlərini idarə etmək;
  • Dəmir filizi ərazisi daxilində elektrik cihazları və elektrik xətlərinin təftiş planlarını hazırlayır və işlərin plana uyğun aparılmasını təmin edir. 
  • İstismar işçilərinə nasazlıqların və qəzaların qarşısının sürətlə alınması və aradan qaldırılması üsul və metodları təliminin verilməsi üçün iş yerlərində qəza əleyhinə təlimlərin keçilməsini təmin etmək;
  • Sahədə çalışan subpodratçıların layihəyə uyğun olaraq işləri yerinə yetirməsini təmin etmək;
  • Elektrik avadanlığının istismarı üçün tələb olunan avadanlıq, material və ehtiyat hissələri üçün sifarişləri vaxtında tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Texniki sənədləri (avadanlıq pasportları, çertyojları, əlavə sxemləri, vəzifə, istismar təlimatları və əməyin mühafizəsi üzrə təlimatları, jurnalları) Elektrik qurğularının istehlakçılar tərəfindən texniki istismarı Qaydalarına və Elektrikli qurğuların və digər enerji daşıyıcılarının istismarı zamanı əməyin mühafizəsi üzrə sahələrarası Qaydalara uyğun olaraq qaydasında saxlamaq."

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Ən azı 5 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”  haqqında yüksək biliklər
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Əla səviyyədə Azərbaycan dili və yaxşı səviyyədə İngilis dili (Rus dili biliyinin olması üstünlükdür)
  • Microsoft Office proqramları;

Digər məlumatlar:

  • İş yeri: Daşkəsən rayonu, Dəmir Filizi sahəsi
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 
  • İş vaxtı: 08:00 – 17:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş energetik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.