Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi Departamentinin Mütəxəssisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 06.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Beynəlxalq Əlaqələr və Biznesin İdarə edilməsi üzrə);
  • Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
  • Microsoft Office proqramları;
  • Bank sahəsində minimum 1 il iş təcrübəsi;
  • Müvafiq yerli və beynəlxalq qanunvericilik, SWIFT;
  • Hesabat hazırlama bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

İş haqqında məlumat: 

  • Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları və xidmətləri (LG/LC və s.) ilə təmin etmək və bu əməliyyatların icra edilməsi; 
  • Bank Qarantiya & Akkreditiv qovluqların hazırlanması (şərtlər və girovlar daxil olmaqla);
  • Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışlarının həyata keçməsi üzrə müştəri və digər aidiyyatı tərəflərlə qarşılıqlı əlaqənin qurulması;
  • Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla səmərəli ünsiyyətin saxlanılması;
  • Maliyyə İnstitutları ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
  • Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.
  • Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların araşdırılması, toplanılması və əlaqələrin qurulması;

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi Departamenti / mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi