Hüquqşünas

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:  
 
- Cəmiyyətdə normativ aktların müddəalarının düzgün tətbiq edilməsini təmin etmək
- Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və lazım gəldikdə razılığını bildirmək (sənədlərin müvafiq yerində imza etməklə)
- Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsini təmin etmək
- Mülki hüquqi xarakterli müqavilələri hazırlamaq, müqaviləni qarşı tərəf təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq
- Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün tələb olunan sənədlər paketini hazırlamaq və icra etmək
- Hüquqi şəxşlərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və icra etmək
- Cəmiyyətdə kadr uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarət etmək, bu sahədə hüquqi məsləhətlər və əlverişli təkliflər vermək
- Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə bütün zəruri prosessual imkanlardan istifadə etmək
- Cəmiyyətə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə hüquqi vasitələrdən istifadə etməklə tədbirlər görmək
- Tələb olunan hüquqi sənədləri lazım olan vaxtlarda dövlət və bələdiyyə orqanlarına təqdim etmək, oradan götürmək, bununla bağlı imza etmək, lazım gəldikdə tələb olunan dövlət rüsumunu ödəmək
- Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışlar vermək
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək
- İş yeri Qaradağda yerləşir
-Maaş 1500 AZN

Namizədə tələblər:

Bilməlidir:

- Hüquqşünas diplomu
- Yaş: 22-40
- Təcrübə 2 il
- Azərbaycan Respublikasının qanunlarını
- Mülki Məcəlləni
- Əmək qanunvericiliyini
- Beynəlxalq qanunvericiliyi
- Azəri, İngilis və rus dillərini əla səviyyədə bilmək

Fərdi keyfiyyətlər:  

- Məsuliyyət
- Diqqətlilik
- Əməksevərlik
- Nəzakətli olmaq
   
E-mail:   
[email protected]