Mağaza Menecerin Köməkçisi (New Yorker, Mango, Next)

İşin təsviri

Vəzifənin rolu:

Bu vəzifənin rolu satışın təşkil edilməsinə Mağaza menecerinə dəstək göstərməkdir.

Vəzifə öhdəlikləri:

  • Müəyyən edilmiş prosedurlara uyğun olaraq malların anbardan mağazaya əvəzetməsinə dəstək verir.
  • Mağaza daxilində hər hansı bir problemi dərhal müəyyən etmək və həll etmək üçün «check list»-ə qeyd edir.
  • Təyin olunmuş  sahələrdə işçilərin işini təşkil və onlara nəzarət edir.
  • İşçilərin iş qrafikləri və davamiyyətinə nəzarət edir.
  • İşçilərin xarici görünüşünün, o cümlədən uniforma, saç düzümü, makiyaj və gigiyenasının tələb olunan standartlara uyğun olmasını təmin edir.
  • Mağazanın satış hədəflərinə nail olmsı üçün komanda ilə əməkdaşlıq edir.
  • Mağazada malların qəbulu prosesində iştirak edir.
  • Mağazada  təmizlik işlərinə nəzarət və idarə edir.
  • İşçilərin müəyyən edilmiş qaydalara uyğun olaraq mağazaya giriş və çıxış  prosedurlarına əməl etmələrini təmin edir

Əsas tələblər: 

Təhsil:

  • Orta təhsil

Təcrübə:

  • Pərakəndə satış sahəsində ən az 2 il iş təcrübəsi

Professional biliklər:

  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

  • İdarəetmə bacarıqları
  • Nəticəyönümlülük
  • Təşkilatçılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Menecerin Köməkçisi” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

İşəgötürənin reytinqi